19 noyabr 2026. Cümə axşamı

Azərbaycan taekvondoçuları İordaniyada təlim-məşq toplanışına qatılıblar


  • Offside
  • 20:36 19.11.2026
  • Oxunma sayı: 8
Azərbaycan taekvondoçuları İordaniyada təlim-məşq toplanışına qatılıblar

Azərbaycan taekvondo millisinin üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli İordaniyada təlim-məşq toplanışı keçirlər.

90deqiqe.Az-ın məlumatına görə, hazırlıq prosesi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında təşkil olunub.

Toplanışın əsas məqsədi noyabrın 28-29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Grand Prix Final” turnirinə hazırlıqdır.

Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 21-də başa çatacaq. Sözügedən yarışda Azərbaycanı Qaşim Maqomedov (58 kq) təmsil edəcək.







Offside