- Offside
- 20:52 19.11.2026
Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi doğma meydanda Sloveniyanın “ACH Volley Lyublyana” kollektivi ilə qarşılaşıb. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab qarşılaşması noyabrın 26-da Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək.
Qeyd edək ki, “Xilasedici” əvvəlki mərhələdə Portuqaliyanın “Sportinq” klubunu məğlub edərək III təsnifat mərhələsinə yüksəlib.