19 noyabr 2026. Cümə axşamı

Neymarın “Koritiba” azarkeşləri ilə mübahisəsi gündəm oldu


  • Offside
  • 22:51 19.11.2026
  • Oxunma sayı: 27
Neymarın “Koritiba” azarkeşləri ilə mübahisəsi gündəm oldu

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar “Koritiba” ilə oyundan sonra rəqib komandanın azarkeşləri ilə mübahisə edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma zamanı ünvanına səsləndirilən təhqirlər futbolçunun ciddi narazılığına səbəb olub.

Gərginliyin yaşandığı görüşdə “Santos” son dəqiqələrdə qələbə qazanıb. Komanda 90+4-cü dəqiqədə Barbozanın vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edib.

Matçın final fitindən sonra Neymar rəqib azarkeşlərin olduğu tribunaya yaxınlaşaraq onlara etirazını bildirib. Braziliyalı futbolçu emosiyalarına hakim ola bilməyərək azarkeşlərin ünvanına sərt ifadələr səsləndirib.

 Neymar rəqib komandanın tərəfdarlarına müraciətində onları kiçik klubun azarkeşləri adlandırıb, özünə hörmətlə yanaşılmasını tələb edib. O, həmçinin “Koritiba”nın B Seriyasına düşəcəyini bildirərək təhqiramiz ifadələr işlədib.







Offside