21 noyabr 2026. Şənbə

Azərbaycan parataekvondoçusu dünya çempionatında qızıl medal


  • Offside
  • 11:35 20.11.2026
  • Oxunma sayı: 10
Azərbaycan parataekvondoçusu dünya çempionatında qızıl medal

Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatı start götürüb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Sabir Zeynalov mundialda qızıl medal qazanıb.

K44 kateqoriyasının 58 kq çəki dərəcəsində çıxış edən 20 yaşlı paralimpiyaçımız 1/8 finalda Hindistan təmsilçisi Mohit Sinqə, 1/4 finalda Monqolustan idmançısı Temirbek Kaulyetə, yarımfinalda isə Taypey təmsilçisi Xiao Xianq-Venə qalib gələrək finala yüksəlib.

Həlledici qarşılaşmada son Paralimpiya çempionu, İsrail təmsilçisi Asaf Yasuru məğlub edən Sabir Zeynalov dünya çempionu tituluna yiyələnib.







Offside