21 noyabr 2026. Şənbə

Azərbaycanın U-17 yunan-Roma güləşi millisi Gürcüstanda beynəlxalq turnirin qalibi olub


  • Offside
  • 13:47 20.11.2026
  • Oxunma sayı: 10
Azərbaycanın U-17 yunan-Roma güləşi millisi Gürcüstanda beynəlxalq turnirin qalibi olub

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 milli komandası Gürcüstanda keçirilən beynəlxalq turnirdə çempionluq qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanı təmsil edən 10 komandanın iştirak etdiyi yarışda millimizə böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşfiq Məmmədov rəhbərlik ediblər.

Yığmanın heyətində Məhəmməd Mudalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı və Pünhan Şahmarov (hər ikisi 51 kq), Ömər Salmanov və Hüseyn Mustafazadə (hər ikisi 55 kq), Abdurahman Hüseynli və Qurban Məcnunov (hər ikisi 60 kq), Elmir Çərkəzov (65 kq), Əli Məmmədov (71 kq), İsfahan Həsənov və Zəka Yusubov (hər ikisi 80 kq), Zöhrab Səfərov və Ruslan Nuriyev (hər ikisi 92 kq), eləcə də Məhəmməd Orucov (110 kq) yer alıblar.

Turnir ərzində beş görüş keçirən Azərbaycan komandası bütün qarşılaşmalarda qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Güləşçilərimiz ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, Gürcüstanın Batumi şəhərlərinin təmsilçilərini, yarımfinalda isə ev sahibi ölkənin yığmasını məğlub ediblər.

Finalda Acarıstan komandası ilə qarşılaşan millimiz gərgin mübarizə şəraitində keçən görüşü ümumi hesabda 5:5 başa vursa da, təmiz qələbələrin sayında üstünlük əldə edərək çempionluq kubokuna sahib çıxıb.

Qeyd edək ki, bu turnir yeniyetmə güləşçilərin beynəlxalq təcrübəsinin artırılması və qarşıdakı rəsmi yarışlara hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır.







Offside