- Offside
- 21:27 20.11.2026
14 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışı keçir.
Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, hazırlıq prosesi çərçivəsində yığma Serbiyanın “Partizan” və “Srvena Zvezda” komandaları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 22-də başa çatacaq.