21 noyabr 2026. Şənbə

Azərbaycan şahmatçıları Türk Şahmat Assosiasiyasının çempionatında iştirak edəcəklər


  • Offside
  • 15:40 20.11.2026
  • Oxunma sayı: 43
Azərbaycan şahmatçıları Türk Şahmat Assosiasiyasının çempionatında iştirak edəcəklər

Noyabrın 20-dən 28-dək Qazaxıstanın Türküstan şəhərində kişilər və qadınlar arasında Türk Şahmat Assosiasiyasının çempionatı keçirilir.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yeddi ölkədən şahmatçıların qatıldığı yarış FIDE qaydalarına uyğun olaraq 14 turdan ibarət dairəvi sistemlə (iki dövrə) təşkil olunacaq.

Çempionatda ölkəmizi kişilərin mübarizəsində Nicat Abasov, qadınların yarışında isə Gövhər Beydullayeva təmsil edəcəklər.

Yarış günlərində, həmçinin veteran şahmatçılar arasında turnir keçiriləcək. Bu yarışda Azərbaycanı Vüqar Bayramov təmsil edəcək.







Offside