- Offside
- 21:48 20.11.2026
Noyabrın 19-da Bakıda Xüsusi Olimpiya proqramı çərçivəsində Avropa badminton turnirinin açılış mərasimi təşkil olunub.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçı ölkələrin paradı təşkil edilib. Mərasimin rəsmi hissəsində “Ümid Məşəli” tədbirə gətirilərək alovlandırılıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Xüsusi Olimpiya Avropa və Avrasiya regionunun prezidenti və baş direktoru Sven Albert, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov çıxış ediblər.
Qeyd edək ki, Avropa badminton turniri noyabrın 21-dək davam edəcək. Yarışda 18 ölkəni təmsil edən idmançılar mübarizə aparırlar.