- Offside
- 21:48 20.11.2026
Noyabrın 20-də 2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi təşkil olunub.
90deqiqe.Az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Səməd Seyidov və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər.
2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov da festival iştirakçılarına uğurlar arzulayıblar.
Rəsmi hissədən sonra tədbir musiqili proqramla davam edib. Orxan Zeynallı və Nərgiz Məcidlinin ifaları mərasimə xüsusi rəng qatıb.
Festival çərçivəsində müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları da nümayiş etdirilib.
Qeyd edək ki, Qazaxda keçirilən V İdman Festivalına noyabrın 22-də yekun vurulacaq.