- Offside
- 20:25 21.11.2026
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal əldə edib.
90deqiqe.Az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, K44 kateqoriyasında 70 kq çəki dərəcəsində çıxış edən paralimpiya çempionu yarışa inamlı başlayıb.
Xəlilov 1/8 finalda Almaniya təmsilçisi Kolya Qrabeni məğlub edib. Ardınca 1/4 finalda Türkiyədən olan Yusuf Yünaçtını 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.
Finala vəsiqə uğrunda mübarizədə meksikalı Xuan Qarsiya ilə qarşılaşan idmançımız məğlub olub. Bununla da İmaməddin Xəlilov dünya çempionatını bürünc medalla başa vurub.