- Offside
- 18:20 21.11.2026
Gənclər və İdman Nazirliyinin rəsmi internet saytında Safeguarding Platforması istifadəyə verilib.
Bu barədə 90deqiqe.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Yeni platforma idman mühitində təhlükəsizliyin gücləndirilməsi, idmançıların, xüsusilə uşaqların və həssas qrupların hüquqlarının qorunması, zorakılıq, ayrı-seçkilik və digər arzuolunmaz halların qarşısının alınması məqsədi daşıyır.
Platforma vasitəsilə idmançılar, valideynlər, məşqçilər, hakimlər, könüllülər, federasiya və klub əməkdaşları, eləcə də digər şəxslər idman sahəsində qarşılaşdıqları və ya müşahidə etdikləri narahatedici hallarla bağlı müraciət edə bilərlər.
Müraciətlərin platforma üzərindən istənilən vaxt və məxfi şəkildə göndərilməsi mümkündür.