21 noyabr 2026. Şənbə

Stolüstü tennis üzrə Azərbaycan kuboku keçiriləcək


  • Offside
  • 14:03 21.11.2026
  • Oxunma sayı: 38
Stolüstü tennis üzrə Azərbaycan kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku təşkil olunacaq.

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə federasiyanın birgə təşkil etdiyi yarışda Bakı ilə yanaşı, ölkənin digər şəhər və rayonlarından olan idmançılar da mübarizə aparacaqlar.

Noyabrın 23-də Şüa İdman Sağlamlıq Kompleksində start götürəcək turnirdə U-14 və U-18 yaş qrupları üzrə qaliblər müəyyənləşəcək.

Yarış komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində keçiriləcək. Azərbaycan kubokuna noyabrın 26-da yekun vurulacaq.

Turnirdə fərqlənən idmançılar Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin federasiyanın mükafatları ilə təltif olunacaqlar.







Offside