21 noyabr 2026. Şənbə

“Zəngəzur” UEFA Regionlar Kubokunda ilk oyununda məğlub olub


  • Offside
  • 14:57 21.11.2026
  • Oxunma sayı: 34
“Zəngəzur” UEFA Regionlar Kubokunda ilk oyununda məğlub olub

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Zəngəzur” komandası turnirdə ilk matçına çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, 7-ci qrupda yer alan kollektiv I turda Polşanın “Dolnoşlyonski” komandası ilə qarşılaşıb. Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında keçirilən görüş Azərbaycan təmsilçisinin 0:12 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Zəngəzur” qrup mərhələsində növbəti oyununu noyabrın 24-də Türkiyənin “İstanbul” komandasına qarşı keçirəcək. Azərbaycan təmsilçisi noyabrın 27-də isə Rumıniyanın “The Carpathians” kollektivi ilə üz-üzə gələcək.







Offside