- Offside
- 20:25 21.11.2026
Azərbaycan cüdoçusu Davud Namazlı Özbəkistanın Daşkənd şəhərində keçirilən gənclər arasında dünya çempionatında fəxri kürsüyə yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi Nikoloz Zaalişvilini məğlub edərək bürünc medala sahib çıxıb.
Bu, Azərbaycan cüdoçularının mundialda qazandığı ikinci medal olub. Daha əvvəl 66 kq çəki dərəcəsində yarışan Məhəmməd Musayev də bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.