21 noyabr 2026. Şənbə

Naxçıvanda güləş üzrə şəhər birinciliyi keçirilib


  • Offside
  • 17:42 21.11.2026
  • Oxunma sayı: 37
Naxçıvanda güləş üzrə şəhər birinciliyi keçirilib

Naxçıvan şəhərində yunan-Roma və sərbəst güləş üzrə şəhər birinciliyi təşkil olunub.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yarış federasiyanın ölkə üzrə yarışların sayının və idmançıların təcrübəsinin artırılmasına yönəlmiş strategiyası çərçivəsində keçirilib.

Turnirdə 2016–2017 və 2018–2019-cu il təvəllüdlü kiçikyaşlı yeniyetmələr sərbəst güləş, 2013–2015-ci il təvəllüdlü idmançılar isə yunan-Roma güləşi üzrə mübarizə aparıblar.

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, eləcə də Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 14 çəki dərəcəsi üzrə 60 güləşçi qüvvəsini sınayıb. İlk üç yeri tutan idmançılar diplom və medallarla təltif olunublar.

Yarışın keçirilməsində əsas məqsəd 17 Noyabr – Milli Dirçəliş Gününü qeyd etmək, yeniyetmə güləşçilərin yarış təcrübəsini artırmaq və onların sağlam ruhda böyüməsinə töhfə vermək olub.







Offside