21 noyabr 2026. Şənbə

Ramazan Əhmədov dünya çempionatının gümüş medalını qazanıb


  • Offside
  • 18:12 21.11.2026
  • Oxunma sayı: 28
Ramazan Əhmədov dünya çempionatının gümüş medalını qazanıb

Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın Daşkənd şəhərində keçirilən gənclər arasında dünya çempionatında gümüş medal əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Türkiyə təmsilçisi İbrahim Tataroğluna məğlub olaraq mundialı ikinci pillədə başa vurub.

Bu, Azərbaycan cüdoçularının dünya çempionatında qazandığı üçüncü medal olub. Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.







Offside