- Offside
- 20:25 21.11.2026
Azərbaycan 2027-ci ildə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatının B divizionuna ev sahibliyi edəcək.
Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışın keçirilmə yeri və tarixləri noyabrın 20-də Almaniyanın Hamburq şəhərində təşkil olunan FIBA Avropa İdarə Heyətinin iclasında təsdiqlənib.
Qərara əsasən, U-20 oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda təşkil olunacaq.
Bu, Azərbaycanın həmin səviyyəli U-20 basketbol üzrə Avropa çempionatına ilk dəfə ev sahibliyi etməsi olacaq. Yarışın ölkəmizdə keçirilməsi basketbolun inkişafı və beynəlxalq turnirlərin təşkili baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir.