- Offside
- 22:00 21.11.2026
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində fəxri kürsüyə yüksəlib.
Azərbaycan Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, J1 kateqoriyasında +95 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışın bürünc medalına sahib çıxıb.
Zəkiyev 1/8 finalda britaniyalı Den İnqlişi məğlub edib, 1/4 finalda isə moldovalı İan Basoka uduzub. Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimov üzərində qələbə qazanan paracüdoçumuz bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbeki də üstələyib.
Beləliklə, İlham Zəkiyev beynəlxalq Qran-pri yarışını bürünc medalla başa vurub.