22 noyabr 2026. Bazar günü

Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb


  • Offside
  • 00:09 22.11.2026
  • Oxunma sayı: 48
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti uğuruna imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, idmançımız Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Avstraliya təmsilçisi Ceyk Metyuzu məğlub edib. Üç raund davam edən qarşılaşma hakimlərin yekdil qərarı ilə Abdullayevin xeyrinə başa çatıb.

Qeyd edək ki, Tahir Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda təşkil olunan turnirdə edib. Həmin vaxt o, braziliyalı Cefferson Nasimentonu məğlub edərək təşkilatda ilk qələbəsini qazanıb.

Beləliklə, azərbaycanlı döyüşçü UFC-də keçirdiyi ikinci görüşdən də qalib ayrılıb.







Offside