- Offside
- 17:42 22.11.2026
Azərbaycanın beynəlxalq dərəcəli futzal hakim-inspektoru Elçin Səmədli UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, o, Litvanın “Jalgiris” və Portuqaliyanın “Benfika” komandaları arasında keçiriləcək görüşdə hakimlər briqadasının işini qiymətləndirəcək.
Noyabrın 23-də Kaunas şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.