22 noyabr 2026. Bazar günü

Qazaxda “İdman Paytaxtı” festivalı başa çatıb


  • Offside
  • 14:42 22.11.2026
  • Oxunma sayı: 36
Qazaxda “İdman Paytaxtı” festivalı başa çatıb

“İdman Paytaxtı” layihəsi çərçivəsində Qazax şəhərində təşkil olunan İdman Festivalı başa çatıb.

Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, 2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov festival iştirakçıları ilə tonqal ətrafında görüşüblər. Səmimi atmosferdə keçən görüşdə səfirlər idmançılarla söhbət edib, onların suallarını cavablandırıblar.

Heydər Əliyev parkında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar da təqdim olunub. İdmançılar təmsil etdikləri növlərin texnika və hərəkətlərini nümayiş etdirərək bacarıqlarını sərgiləyiblər.

Festival çərçivəsində Mərdan Kazımov və “44 Band”ın iştirakı ilə konsert proqramı keçirilib. Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.







Offside