22 noyabr 2026. Bazar günü

Azərbaycan gimnastları Daşkənddə keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar


  • Offside
  • 20:39 22.11.2026
  • Oxunma sayı: 35
Azərbaycan gimnastları Daşkənddə keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Velvet Road” beynəlxalq turnirində Azərbaycan idman gimnastları uğurlu çıxış ediblər.

90deqiqe.Az-ın məlumatına görə, yığmamızın üzvləri yarışda ümumilikdə 10 medal – 3 qızıl, 2 gümüş və 5 bürünc mükafata sahib olublar.

Qızıl medalları Dəniz Əliyeva (çoxnövçülük və müxtəlif hündürlüklü qollar), həmçinin Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət komanda (komanda hesabında çoxnövçülük) qazanıb.

Gümüş medallara Rəsul Əhmədzadə (dəstəli at), Nazənin Teymurova (dayaqlı tullanma) və Lalə Zamanlı (gənclər arasında çoxnövçülük) layiq görülüblər.

Bürünc medalları isə Nazənin Teymurova (çoxnövçülük və müxtəlif hündürlüklü qollar), Dəniz Əliyeva (dayaqlı tullanma) və Leyla Məmmədzadə (gənclər arasında müxtəlif hündürlüklü qollar) əldə ediblər.







Offside