- Offside
- 21:13 22.11.2026
Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan milli komandası mundialı bir qızıl və bir bürünc medalla ümumi sıralamada beşinci pillədə tamamlayıb. K44 kateqoriyasında kişilər arasında isə yığmamız ikinci yeri tutub.
Paralimpiya Oyunlarının proqramına daxil olan K44 və qeyri-paralimpiya K41 kateqoriyaları üzrə medalların ümumi sayına əsasən müəyyənləşən sıralamada komandamızın heyətində Sabir Zeynalov (58 kq) dünya çempionu olub. İmaməddin Xəlilov (70 kq) isə bürünc medal qazanıb.
Gənc parataekvondoçularımız Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) da dünya çempionatında debüt edərək beynəlxalq təcrübə əldə ediblər.
Yarışın yekunlarına əsasən, Azərbaycan millisinin beşinci yeri tutmasına görə kubok baş məşqçi Fərid Tağızadəyə təqdim olunub.