- Offside
- 21:13 22.11.2026
16 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının birinci təsnifat mərhələsində (EEVZA) mübarizə aparıb.
90deqiqe.Az-ın məlumatına görə, B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşan komandamız hər iki oyunda məğlub olub.
A qrupunda isə Polşa, Estoniya və Ukrayna seçmələri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Ukrayna ilə üz-üzə gələn Azərbaycan millisi rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Çempionatın finalında Polşa Latviyaya 3:0 hesabı ilə qalib gələrək EEVZA çempionu olub. Bununla da Polşa yığması 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.