22 noyabr 2026. Bazar günü

Alkaras karyerasında ilk dəfə "ATP Finals"ın qalibi oldu


  • Offside
  • 23:44 22.11.2026
  • Oxunma sayı: 41
Alkaras karyerasında ilk dəfə "ATP Finals"ın qalibi oldu

İspaniyalı tennisçi Karlos Alkaras ATP-nin 2026-cı il üzrə yekun turnirinin qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Alkaras finalda reytinq lideri, almaniyalı Aleksandr Zverevlə qarşılaşıb. İspan tennisçi rəqibini 6:2, 7:6 (9:7) hesabı ilə məğlub edib.

Tennisçilərin mübarizəsi 2 saat 2 dəqiqə davam edib. 

Zverev isə dörd eys vurub, bir qoşa səhv edib və beş breyk-poyntdan ikisindən yararlanıb.

Qeyd edək ki, Alkaras karyerasında ilk dəfə ATP-nin yekun turnirində çempion olub.

"ATP Finals-2026" turniri noyabrın 15-dən 22-dək keçirilib.







Offside