- Offside
- 12:45 23.11.2026
Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
50 kq çəki dərəcəsində mübarizə aparan Bilalhəbaşi Nəzərov yarımfinalda israilli David Zaxarini məğlub edib. Hər üç raundda üstün olan boksçumuz hakimlərin yekdil qərarı ilə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesablı qələbə qazanıb. Nəzərov finalda türkiyəli Tevfik Akkasla qarşılaşacaq.
Nicat Alırzayev də (70 kq) finala yüksəlib. O, yarımfinalda fransalı Cemal Cemmalı 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28) hesabı ilə üstələyib. Boksçumuz çempionluq uğrunda döyüşdə gürcüstanlı Zviad Tçotçua ilə üz-üzə gələcək.
Digər təmsilçilərimiz Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) isə Avropa çempionatını bürünc medallarla başa vurublar.
Qeyd edək ki, final döyüşləri noyabrın 24-də keçiriləcək.