23 noyabr 2026. Bazar ertəsi

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku start götürüb


  • Offside
  • 18:23 23.11.2026
  • Oxunma sayı: 17
Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku start götürüb

Bakıda yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku yarışına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və ASTF-nin birgə təşkil etdiyi yarışda Bakı ilə yanaşı, ölkənin digər şəhər və rayonlarından 100-dən çox idmançı mübarizə aparır.

Açılış mərasimində iştirakçıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam idmançılara uğurlar arzulayıb. O, ölkə kubokunun əhəmiyyətindən danışaraq beynəlxalq arenaya gedən yolun bu cür yarışlardan keçdiyini vurğulayıb.

Tədbir çərçivəsində Fransada keçirilən “Euro Mini Champs” turnirində qızıl medal qazanan Mehin Mirzəbalayevaya yarışın mükafatları da təqdim olunub.

Qeyd edək ki, “Şüa İdman Sağlamlıq Kompleksi”ndə keçirilən ölkə kubokunda U-14 və U-18 yaş qrupları üzrə qaliblər müəyyənləşəcək. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növlər üzrə təşkil olunan yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılar AGİN-in diplom və medalları, ASTF-nin mükafatları ilə təltif olunacaqlar.







Offside