- Offside
- 19:49 23.11.2026
Azərbaycanın U-16 voleybol yığmasının üzvü Əhməd Məmmədli Avropa çempionatının I təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) fərqlənib.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Latviyanın paytaxtı Riqada keçirilən turnirin yekununda iştirakçı komandaların ən yaxşı oyunçuları müəyyənləşdirilib.
Milli komandamızın üzvü Əhməd Məmmədli də fərqlənən voleybolçular sırasında yer alaraq mükafatlandırılıb.