- Offside
- 18:52 24.11.2026
Azərbaycanlı alpinist Elmira Aslanova Nepalda 9 gün davam edən ekspedisiyanın yekununda noyabrın 21-də 6812 metr yüksəklikdə yerləşən Ama Dablam zirvəsinə uğurla qalxıb.
90deqiqe.Az xəbər verir ki, dünyanın texniki baxımdan mürəkkəb zirvələrindən biri hesab olunan Ama Dablamın fəthi alpinistin yüksək hazırlığının, təcrübəsinin və peşəkarlığının göstəricisidir.