24 noyabr 2026. Çərşənbə axşamı

Azərbaycan boksçuları U-23 Avropa çempionatında iki qızıl medal qazanıblar


  • Offside
  • 18:52 24.11.2026
  • Oxunma sayı: 15
Azərbaycan boksçuları U-23 Avropa çempionatında iki qızıl medal qazanıblar

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Bilalhəbaşi Nəzərovun (50 kq) ardınca Nicat Alırzayev (70 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Alırzayev finalda Gürcüstan təmsilçisi Zviad Tçotçua ilə qarşılaşıb. Boksçumuz bütün hakimlərin rəyi ilə (5:0) qalib gələrək Avropa çempionu olub. Hakimlərin hesabı 30:27, 30:27, 30:27, 30:27, 30:27 olub.

Beləliklə, Azərbaycan millisi 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatını 4 medalla başa vurub. Bilalhəbaşi Nəzərov (50 kq) və Nicat Alırzayev (70 kq) qızıl, Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) isə bürünc medal qazanıblar.







Offside