24 noyabr 2026. Çərşənbə axşamı

“Yaşıl Top” layihəsi 36 nömrəli məktəbdə davam edib


  • Offside
  • 11:49 24.11.2026
  • Oxunma sayı: 47
“Yaşıl Top” layihəsi 36 nömrəli məktəbdə davam edib

AFFA-nın “Yaşıl Top” sosial layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Bakı şəhərində Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə təşkil olunub.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə məktəbin direktoru Gülnarə Cəfərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Rəqəmsallaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarov, AFFA-nın Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinin nümayəndələri, eləcə də layihənin səfiri, Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev iştirak ediblər.

Görüşdə şagirdlərə ətraf mühitin qorunması, ekoloji məsuliyyət, dayanıqlı inkişaf və sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat verilib, mövzular ətrafında interaktiv müzakirələr aparılıb.

Layihənin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında ekoloji məsuliyyət hissini gücləndirmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, futbol vasitəsilə sağlam və dayanıqlı həyat tərzini təşviq etməkdir.

Tədbirin sonunda Qara Qarayev məktəbə xatirə olaraq imzalı futbol topu hədiyyə edib. Şagirdlərə sabiq futbolçunun imzalı fotoları təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Daha sonra tədbir iştirakçıları məktəbin həyətində ağacəkmə aksiyasına qatılıblar.







Offside