- Offside
- 23:32 24.11.2026
“Fluminense”nin müdafiəçisi Tiaqo Silva futbolçu karyerasını başa vurmağı təxirə salaraq daha bir mövsüm oynamağa meyllidir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "ESPN" nəşri məlumat yayıb.
42 yaşlı müdafiəçi özünü yaxşı formada hiss edir və karyerasını davam etdirmək məsələsində ailəsinin dəstəyini alır. “Fluminense” də futbolçu ilə müqaviləni daha bir mövsüm – 2027-ci ilin sonunadək uzatmaq istəyir.
Qeyd edək ki, Tiaqo Silva karyerası ərzində Avropada “Portu”, Moskva “Dinamo”su, “Milan”, PSJ və “Çelsi”nin formasını geyinib.
Braziliya millisində 113 oyun keçirən müdafiəçi bu matçlarda 7 qol vurub.