- Offside
- 00:30 25.11.2026
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo karyerasında 1000 qol həddinə çatmağa yaxınlaşır.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı futbolçu çərşənbə axşamı “Əl-Sədd”lə oyunda penaltini dəqiq yerinə yetirərək karyerasındakı qollarının sayını 987-yə çatdırıb.
Beləliklə, Ronaldo tarixi göstəriciyə çatmaq üçün daha 13 qol vurmalıdır. Lionel Messinin hesabında isə hazırda 937 qol var.
Qeyd edək ki, Pelenin karyerası ərzində 1000-dən çox qol vurduğu bildirilsə də, mötəbər mənbələr braziliyalı əfsanənin 762 qolunu təsdiqləyir.
Kriştiano Ronaldunun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.