25 noyabr 2026. Çərşənbə

Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı təşkil olunacaq


  • Offside
  • 10:29 25.11.2026
  • Oxunma sayı: 53
Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı təşkil olunacaq
ACF

Bakıda cüdo məşqçilərinin peşəkar bilik və bacarıqlarının artırılmasına yönələn inkişaf proqramına start veriləcək.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 30-da başlayacaq və altı gün davam edəcək proqram çərçivəsində təcrübəli yerli mütəxəssislər tərəfindən nəzəri və praktiki məşğələlər keçiriləcək.

Sessiyalar cüdo üzrə Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq.

Proqrama müraciət edən ilk 30 məşqçi qatılmaq hüququ qazanacaq. Təlim Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasında təhsil almağı hədəfləyən məşqçilər üçün də mühüm hazırlıq mərhələsi hesab olunur.

Proqramı uğurla başa vuran iştirakçılara sertifikat təqdim ediləcək.







Offside