- Offside
- 18:33 25.11.2026
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XII turunda baş tutan oyunlarla bağlı cəzaları müəyyənləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, “Sumqayıt” – “Sabah” matçının 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu bir oyunluq diskvalifikasiya edilib, “Sumqayıt” klubu isə 500 manat cərimələnib.
“Şamaxı” – “Turan Tovuz” qarşılaşmasından sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. İntizam Komitəsinin qərarına əsasən, “Şamaxı”nın məşqçisi Araz Bağırov və “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hər biri üç oyunluq diskvalifikasiya olunub. Klubların hər birinə 8 000 manat cərimə tətbiq edilib.
Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu üç oyunluq cəzaya məruz qalıb, bunun bir oyunu şərti hesab edilib. Tovuz təmsilçisi əlavə olaraq 3 000 manat cərimələnib. Silva üçün altı aylıq sınaq müddəti də müəyyən olunub.