25 noyabr 2026. Çərşənbə

“Zəfər” AFFA U-14 Liqasından kənarlaşdırılıb


  • Offside
  • 16:09 25.11.2026
  • Oxunma sayı: 40
“Zəfər” AFFA U-14 Liqasından kənarlaşdırılıb

“Zəfər” komandası AFFA U-14 Liqasında iştirakını dayandırıb.

90deqiqe.Az-ın məlumatına görə, AFFA İntizam Komitəsinin qərarına əsasən, kollektiv “Sabah”la oyuna çıxmaqdan imtina etdiyi üçün qarşılaşma baş tutmayıb.

Komandanın bu halı mövsüm ərzində üçüncü dəfə təkrarlaması səbəbindən daha ağır sanksiya tətbiq edilib. Belə ki, “Zəfər” 2026/2027 mövsümündə AFFA U-14 Liqasından kənarlaşdırılıb.

Bundan əlavə, komandanın çempionatda keçirdiyi bütün oyunların nəticələri ləğv olunub.







Offside