- Offside
- 18:33 25.11.2026
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
90deqiqe.Az-ın məlumatına görə, o, qadın voleybolçular arasında CEV Çempionlar Liqasının A qrupunda keçiriləcək “Uni Opele” (Polşa) – “Myuluz Elzas” (Fransa) qarşılaşmasında supervayzer vəzifəsini icra edəcək.
Görüş noyabrın 26-da Polşanın Opole şəhərində baş tutacaq. Qarşılaşmanın hakimləri bolqarıstanlı Dobromir Dobrev və estoniyalı Risto Strandson olacaq.