- Offside
- 18:33 25.11.2026
“Araz-Naxçıvan”ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün hakimlik qaydaları ilə bağlı seminar təşkil olunub.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə AFFA Hakimlər Komitəsinin üzvü Asim Xudiyev və komitənin təhsil məsələləri üzrə eksperti Orxan Məmmədov iştirak ediblər.
Seminar zamanı hakim idarəçiliyində tətbiq olunan yeni qaydalar, onların mahiyyəti və oyun zamanı nəzərə alınmalı məqamlar barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, qarşılaşmalarda verilmiş səhv hakim qərarlarını əks etdirən videoçarx nümayiş olunub. Sonda futbolçu və məşqçi heyətinin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.