25 noyabr 2026. Çərşənbə

Samuxda ilk cüdo zalı istifadəyə verilib


  • Offside
  • 17:56 25.11.2026
  • Oxunma sayı: 37
Samuxda ilk cüdo zalı istifadəyə verilib
ACF

Samux rayonunda ilk cüdo zalı fəaliyyətə başlayıb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, yeni idman zalı Sərkar kənd tam orta məktəbində istifadəyə verilib.

Federasiya tərəfindən zal müasir standartlara uyğun tatamilər və məşq prosesi üçün zəruri avadanlıqlarla təchiz olunub.

Yeni zalda 80 uşaq və yeniyetmənin cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb. Təşəbbüs bölgədə cüdonun inkişafına, gənc nəslin idmana cəlb olunmasına və yeni istedadların üzə çıxarılmasına töhfə verəcək.







Offside