- Offside
- 23:59 25.11.2026
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi səfərdə İtaliyanın “Savino Del Bene” klubu ilə qarşılaşıb. Florensiyada baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, “Turan” qrup mərhələsinə məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, Azərbaycan klubu D qrupunda Türkiyənin “Eczaçıbaşı” və Serbiyanın “Tent” komandaları ilə də qarşılaşacaq.