26 noyabr 2026. Cümə axşamı

Tennis və padel üzrə milli komandalar "BeFit Baku"da hazırlaşacaq


  • Offside
  • 15:22 25.11.2026
  • Oxunma sayı: 27
Tennis və padel üzrə milli komandalar "BeFit Baku"da hazırlaşacaq
Rəsmi

Azərbaycan Tennis və Padel Federasiyası (ATPF) ilə BeFit Baku arasında əməkdaşlıq memorandumu imzalanıb.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, razılaşmaya əsasən, tennis və padel üzrə milli komandaların üzvləri fiziki hazırlıq məşqlərini BeFit Baku fitnes mərkəzində keçirəcəklər.

Tərəfdaşlığın əsas məqsədi idmançıların fiziki hazırlıq səviyyəsini yüksəltmək və qarşıdakı yarışlara hazırlıq prosesinə dəstək olmaqdır.

Məşqlər zamanı tennisçi və padelçilərin güc, çeviklik və dözümlülük keyfiyyətlərinin inkişafına xüsusi diqqət yetiriləcək. Bu göstəricilər idmançıların meydançada sürətli hərəkət etməsi, istiqaməti çevik dəyişməsi və uzunmüddətli qarşılaşmalarda yüksək tempi qoruması baxımından mühüm əhəmiyyət daşıyır.

Əməkdaşlığın milli komandaların hazırlıq prosesinə müsbət təsir göstərəcəyi və idmançıların beynəlxalq yarışlarda daha yaxşı nəticələr əldə etməsinə töhfə verəcəyi gözlənilir.







Offside