26 noyabr 2026. Cümə axşamı

Taliska “Əl-Cəzirə”yə qələbə qazandırdı


  • Offside
  • 01:01 26.11.2026
  • Oxunma sayı: 47
Taliska “Əl-Cəzirə”yə qələbə qazandırdı
Rəsmi

Asiya Çempionlar Liqasının V turunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu İranın “Qol Qohar” komandasını məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Məhəmməd bin Zayed Stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk “11-lik”də meydana çıxan Anderson Taliska 40-cı dəqiqədə vurduğu qolla komandasına üç xal qazandırıb.

Bu qələbədən sonra “Əl-Cəzirə” xallarının sayını 13-ə çatdıraraq liderliyini davam etdirib və növbəti mərhələyə vəsiqəni təmin edib. “Qol Qohar” isə 2 xalla kifayətlənib.

Qeyd edək ki, Anderson Taliska “Əl-Cəzirə”nin heyətində keçirdiyi beş oyunda ilk qolunu vurub. Braziliyalı futbolçu zədə səbəbindən altı qarşılaşmada meydana çıxa bilməyib.







Offside