- Offside
- 21:49 26.11.2026
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Litva Xarici İşlər Nazirliyinin “Litva diplomatiyası ulduzu” fəxri nişanına layiq görülüb.
90deqiqe.Az-ın məlumatına görə, mükafatı Bakıda Litvanın xarici işlər naziri Kestutis Budris təqdim edib.
Nazir Dambrauskasın bir komandanı UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldən ilk litvalı baş məşqçi olduğunu vurğulayıb. O, mütəxəssisə əməyinə və Litvanı dünya futbol ictimaiyyətinə tanıtdığına görə təşəkkür edib.