- Offside
- 21:49 26.11.2026
Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda növbəti oyununu keçirib.
90deqiqe.Azxəbər verir ki, 1/16 final mərhələsinin ilk matçında Polşanın LKS klubunu qəbul edən Bakı təmsilçisi 0:3 hesabı ilə məğlub olub. Setlər 13:25, 18:25 və 22:25 hesabları ilə başa çatıb.
Durval De Santana Nunyesin baş məşqçisi olduğu komanda ilə rəqib arasındakı qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.
Qeyd edək ki, "DH Volley" əvvəlki raundda Danimarkanın "Holte IF" klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Azərbaycan təmsilçisi ilk görüşdə 3:1, cavab matçında isə 3:0 hesabı ilə qalib gəlib.