27 noyabr 2026. Cümə

Qaşim Maqomedov Qran-pri finalında mübarizə aparacaq


  • Offside
  • 20:44 26.11.2026
  • Oxunma sayı: 36
Qaşim Maqomedov Qran-pri finalında mübarizə aparacaq
Rəsmi

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "World Taekwondo Grand Prix" finalında iştirak edəcək.

 Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçimiz 58 kq çəki dərəcəsində mübarizə aparacaq.

İdmançı yarışda milli komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçisi Ayxan Tağızadənin rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, turnir noyabrın 27-dən 29-dək davam edəcək.







Offside