- Offside
- 21:49 26.11.2026
2028-ci il üçün Azərbaycanın "Gənclər paytaxtı" və "İdman paytaxtı" seçiləcək şəhərlərin adları açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin kollegiya iclasında keçirilən səsvermənin nəticələrinə əsasən, Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib.
Qeyd edək ki, bu statuslar çərçivəsində 2028-ci il ərzində hər iki şəhərdə gənclər və idman sahələri üzrə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.