- Offside
- 02:14 27.11.2026
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun Asiya Çempionlar Liqasında “Əl-Sədd”lə matçdan əvvəl komanda yoldaşlarına etdiyi motivasiyaedici çıxışın görüntüləri yayımlanıb.
90deqiqe.Az-ın məlumatına görə, klubun sosial şəbəkə hesablarında paylaşılan videoda 41 yaşlı hücumçunun paltardəyişmə otağında komanda yoldaşlarına müraciəti əks olunub.
“Baş məşqçinin də dediyi kimi, bu gün hər şey oyuna münasibətimizdən asılıdır. Hər top itkisindən sonra dərhal reaksiya versək, əminəm ki, yaxşı oyun göstərəcək və qalib gələcəyik. Komanda şəklində mübarizə aparmalıyıq! İlk 45 dəqiqədə maksimum gücümüzü ortaya qoymalıyıq. İkinci hissədə də eyni cür davam etməliyik. Biz qalib gələcəyik, uşaqlar! İrəli!”, – deyə Ronaldo bildirib.
Qeyd edək ki, “Əl-Nəsr” sözügedən qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. Komandanın qollarını portuqaliyalı futbolçular – Joau Feliks və Kriştiano Ronaldo vurublar.
Xatırladaq ki, Kriştiano Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi cari mövsümün sonunadək qüvvədədir.