28 noyabr 2026. Şənbə

Messi və Ronaldo Tevesin vida matçında eyni komandada çıxış edə bilər


  • Offside
  • 23:53 27.11.2026
  • Oxunma sayı: 84
Messi və Ronaldo Tevesin vida matçında eyni komandada çıxış edə bilər
championat

Dekabrın 20-də argentinalı sabiq futbolçu Karlos Tevesin vida matçı keçiriləcək.

90deqiqe.Az-ın “The Touchline” nəşrinə istinadən məlumatına görə, qarşılaşmada Lionel Messinin də iştirak edəcəyi rəsmən təsdiqlənib. Bundan başqa, vaxtilə Teveslə birlikdə “Mançester Yunayted”də çıxış etmiş Kriştiano Ronaldonun da matçda meydana çıxacağı gözlənilir.

“Messinin iştirakı artıq təsdiqlənib. Teves isə Ronaldonun da ona qoşula biləcəyinə işarə edib”, – deyə nəşrin məlumatında bildirilir.

Qeyd olunur ki, Lionel Messi və Kriştiano Ronaldo vida matçında eyni komandada çıxış edə bilərlər. Futbol azarkeşlərinin böyük maraqla gözlədiyi bu ehtimalın reallaşıb-reallaşmayacağı isə hələlik bəlli deyil.







Offside