28 noyabr 2026. Şənbə

“Neftçi” amerikalı basketbolçu ilə yollarını ayırıb


  • Offside
  • 10:11 27.11.2026
  • Oxunma sayı: 54
“Neftçi” amerikalı basketbolçu ilə yollarını ayırıb

“Neftçi” basketbol klubunda növbəti dəyişiklik reallaşıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi amerikalı müdafiəçi Cerod Robinsonla yollarını ayırıb. Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul ediblər.

Robinson cari mövsümdə “Neftçi”nin heyətində həm Azərbaycan Basketbol Liqasında, həm də FIBA Avropa Kubokunda çıxış edib.

Beləliklə, amerikalı basketbolçu bundan sonra “Neftçi”nin formasını geyinməyəcək.







Offside