28 noyabr 2026. Şənbə

Bakıda “ExpoSport Azerbaijan 2026” sərgisi fəaliyyətə başlayıb


  • Offside
  • 12:25 27.11.2026
  • Oxunma sayı: 55
Bakıda “ExpoSport Azerbaijan 2026” sərgisi fəaliyyətə başlayıb

Bakıda idman, fitnes, sağlamlıq və aktiv həyat tərzini təşviq edən “ExpoSport Azerbaijan 2026” sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən tədbir iki gün davam edəcək. Sərgidə 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaş təmsil olunur.

Layihənin əsas məqsədi idman sahəsindəki yenilikləri təqdim etmək, əməkdaşlıq imkanlarını artırmaq, eləcə də cəmiyyətdə sağlam və aktiv həyat tərzinin təşviqinə töhfə verməkdir.

Sərgi çərçivəsində ziyarətçilər müxtəlif idman növləri, müasir texnologiyalar və avadanlıqlarla tanış olmaqla yanaşı, ustad dərsləri, interaktiv oyunlar, nümayişlər, viktorinalar və avtoqraf sessiyalarında iştirak edə biləcəklər.

Tədbirin ilk günü rəsmi sərgi turu, milli rəqs və pəhləvanların çıxışları, idman səfiri Vəfa Musayeva ilə görüş, İlqar Şamilovun təqdimatında “İdmançı boşqabı” sessiyası, həmçinin avtoqraf proqramı ilə yadda qalacaq.

Sərginin ikinci günündə isə pilatesin faydalarına dair təqdimat, kapoeyra şousu, aykido nümayişi, idman rəqsi, aerobika, “F1 marşalı olmaq” mövzusunda təqdimat və digər maraqlı fəaliyyətlər təşkil ediləcək.

Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” sərgisi noyabrın 28-dək davam edəcək.







Offside